[b]“Kəpəz” “Şəmkir”i “yoxlayacaq”[/b]
27.08.2015 - 18:28
[b]“Kəpəz” “Şəmkir”i “yoxlayacaq”[/b]

“Kəpəz” dörd günlük istirahətdən sonra avqustun 28-də məşqləri bərpa edəcək. Apasport.az saytının məlumatına görə, komanda Bakıda bir araya gələcək.

 

Gündə bir dəfə “Dalğa Arena”da hazırlıq keçəcək “sarı-göylər” avqustun 31-dən sentyabrın 4-nə kimi Yevlaxda beş günlük təlim-məşq toplanışında olacaq. Futbolçular gündə iki dəfə məşqə çıxacaq.

 

Toplanış müddətində Gəncə klubu yoxlama oyununda da qüvvəsini sınayacaq. “Kəpəz” Yevlax şəhər stadionunda birinci divizionun təmsilçisi “Şəmkir”lə qarşılaşacaq.

 

Bu oyun sentyabrın 4-ü saat 16:00-da başlayacaq.