[b]“Kəpəz” BOS-da toplaşdı[/b]
10.11.2017 - 16:00
[b]“Kəpəz” BOS-da toplaşdı[/b]

Azərbaycan Premyer Liqasında yaranan fasilə ilə əlaqədar istirahətə buraxılan “Kəpəz” yenidən bir araya gəlib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, gəncəlilər 4 günlük istirahətdən sonra Bakıda toplaşıblar.

 

Gəncə klubu bu gündən hazırlığı bərpa edib. “Sarı-göylər” paytaxtda məşqlərə başlayıblar. Komandanın ilk hazırlıq prosesi Bakı Olimpiya Stadionunun (BOS) ehtiyat meydançasında baş tutub.

 

Qeyd edək ki, “Kəpəz” Premyer Liqanın XII turu çərçivəsində noyabrın 18-də “Səbail”lə qarşılaşacaq.