[b]“Kəpəz” Gəncədəki oyuna Bakıda hazırlaşır[/b]
02.11.2017 - 01:07
[b]“Kəpəz” Gəncədəki oyuna Bakıda hazırlaşır[/b]

Azərbaycan Premyer Liqasının XI turunda Gəncə şəhər stadionunda “Qarabağ”ı qəbul edəcək “Kəpəz” qarşıdakı matçın hazırlıqlarına start verib. Apasport.az saytının məlumatına görə, komanda Bakıda məşq edir.

 

“Sarı-göylər”in ötən günə olan məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda olub. Bu gündən Gəncə klubu çalışmalarını Bakı Olimpiya Stadionunun yardımçı meydançasında keçəcək.

 

“Kəpəz” qarşıdakı 3 günü BOS-da məşq edəcək.

0