[b]“Kəpəz” meydanı sulamadığı üçün cəzalandı[/b]
08.11.2017 - 12:58
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer Liqanın XI turunda baş verənlər də müzakirə olunub.
“Kəpəz” – “Qarabağ” matçında meydanı sulamadığına görə Gəncə klubu 800 manat cərimə olunub.
“Zirə” – “Neftçi” oyununda qonaqların azarkeşləri olan sektorda oturacaqlar sındırılıb. Stadiona dəymiş ziyan əsasında “Zirə”nin təqdim edəcəyi hesab “Neftçi” tərəfindən ödənilməlidi.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0