[b]“Kəpəz” qolsuzluğa son qoydu[/b]
03.03.2018 - 15:42
[b]“Kəpəz” qolsuzluğa son qoydu[/b]

“Kəpəz” qol həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasında ardıcıl 4 tur qol vura bilməyən Gəncə klubu sindromu XVIII turun “Səbail”lə hazırda davam edən ev matçında qırıb.

 

23-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Dario Federiko 416 dəqiqəlik həsrəti bitirib. Qərblilər sonuncu qolunu da öz meydanında, həm də penaltidən vurmuşdu. XIII turun noyabrın 25-də keçirilən “Qəbələ” ilə matçında (1:6) Kərim Diniyev fərqlənmişdi. 98 gündən sonra vurulan qoladək isə “Kəpəz” 4 quru hesablı məğlubiyyət alıb.

 

Yunis Hüseynovun yetirmələri qolsuzluq dönəmində “Sumqayıt”a 0:3, “Neftçi”, “Keşlə” və “Qarabağ”a eyni – 0:1 hesabı ilə uduzub.