[b]“Kəpəz” ukraynalı futbolçu ilə bağlı qərarını verdi[/b]
28.01.2018 - 20:13
[b]“Kəpəz” ukraynalı futbolçu ilə bağlı qərarını verdi[/b]

Antalyada hazırlıqları davam etdirən “Kəpəz” baxışda olan futbolçu haqqında qərar verib. Apasport.az saytının məlumatına görə, gəncəlilər bir neçə gündü sınadığı ukraynalı müdafiəçi İqor Korotetskini komandada saxlamaq istəyir.

 

“Yagelloniya” ilə oyundan sonra baş məşqçi Yunis Hüseynov hələ tam qərar vermdiklərini bildirsə də, əldə etdiyimiz məlumata əsasən, 30 yaşlı oyunçu komandada qalacaq.

 

Qeyd edək ki, “Şaxtyor”un yetirməsi olan İqorun son komandası vətənində “Avanqard” olub. O, Ukryananın müxtəlif yaş qrupları üzrə yığmalarında oynayıb.