Azərbaycan Premyer Liqasının XVII turu “Kəpəz”in kapitanı Şəhriyar Rəhimov üçün əlamətdar olub. Apasport.az saytı xəbər verir ki, “Qarabağ”la səfər qarşılaşması (1:0) 30 yaşlı yarımmüdafiəçinin Azərbaycan çempionatlarında 200-cü oyunu olub.
2007/08 mövsümündə Premyer Liqada debüt edən Rəhimov bu 11 çempionatda 5 klubun şərəfini qoruyub. Hesabında 10 qol olan yarımmüdafiəçi “Kəpəz”də 78 (6 qol), AZAL-da 56 (2 qol), “Rəvan”da 31 (1 qol), “İnter”də 23, “Karvan”da 12 (1 qol) oyuna çıxıb.
Qeyd edək ki, Şəhriyar Azərbaycan çempionatlarında 200 və ya daha çox oyun keçirən 122-ci futbolçudu.
|
mövsüm |
klub |
oyun |
qol |
|
2007/08 |
İnter (Bakı) |
1 |
0 |
|
2008/09 |
İnter (Bakı) |
3 |
0 |
|
2009/10 |
İnter (Bakı) |
1 |
0 |
|
2009/10 |
Karvan (Yevlax) |
12 |
1 |
|
2010/11 |
İnter (Bakı) |
11 |
0 |
|
2011/12 |
İnter (Bakı) |
7 |
0 |
|
2011/12 |
AZAL (Bakı) |
10 |
0 |
|
2012/13 |
Rəvan (Bakı) |
27 |
1 |
|
2013/14 |
Rəvan (Bakı) |
4 |
0 |
|
2013/14 |
AZAL (Bakı) |
25 |
2 |
|
2014/15 |
AZAL (Bakı) |
21 |
0 |
|
2015/16 |
Kəpəz (Gəncə) |
35 |
4 |
|
2016/17 |
Kəpəz (Gəncə) |
27 |
2 |
|
2017/18 |
Kəpəz (Gəncə) |
16 |
0 |
|
11 mövsüm |
5 klub |
200 |
10 |