Topaz Premyer Liqasının XXXV turunda “Kəpəz”i qəbul edəcək “Zirə” matçın hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın debütantı oyunöncəsi son məşqinə bu gün axşam saatlarında çıxacaq.
Komandada zədəli futbolçunun olmaması məşqçilər korpusunu sevindirir. Lakin bu o demək deyil ki, “Zirə” qarşılaşmaya itkisiz çıxacaq.
Baş məşqçi Adil Şükürov bu görüşdə əsas heyət üzvlərindən olan Vüqar Mustafayevin xidmətindən yararlana bilməyəcək. Buna səbəb “Zirə”də icarə əsasında çıxış edən yarımmüdafiəçinin cəzalı duruma düşməsidi. Bu tur meydana çıxmayacaq Vüqar cari mövsümün “İnter”lə keçiriləcək son matçında sıraya dönəcək.
Qeyd edək ki, sabah keçiriləcək “Zirə” – “Kəpəz” matçı turun digər oyunları kimi, saat 18:00-da start götürəcək.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı