[b]“Keşlə” – “Neftçi” matçının məkanı dəyişdirilib[/b]
06.03.2018 - 11:16
[b]“Keşlə” – “Neftçi” matçının məkanı dəyişdirilib[/b]

Azərbaycan Premyer Liqasında XIX turun bir oyununun yeri dəyişdirilib. Apasport.az saytının məlumatına görə, “Keşlə” - “Neftçi” görüşü “İnter Arena”da deyil, 8-ci km qəsəbə stadionunda baş tutacaq.

 

Buna səbəb “İnter Arena”da parlamentin 100 illiyi ilə əlaqədar dövlət tədbirlərinin keçiriləcəyidi. Belə ki, martın 8-11-i aralığındakı tədbirlərə xarici ölkələrdən nümayəndələr də qatılacaqlar.

 

Bu səbəbdən martın 9-da “Neftçi” öz meydanında “Keşlə”ni qəbul edəcək. Əvəzində “ağ-qaralar” IV dövrədə “İnter Arena”ya səfər edəcəklər.