[b]“Keşlə” ukraynalı futbolçunu qane etmədi[/b]
26.01.2018 - 14:48
Ukraynalı yarımmüdafiəçi Anton Postupalenkonun “Keşlə” ilə anlaşmamasının səbəbi müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, paytaxt klubunun səviyyəsi 30 yaşlı futbolçunu qane etməyib.
Bu məlumatı Ukrayna mətbuatı yayıb. Xəbərdə bildirilir ki, “Keşlə”ni həmyerlisi Yuri Maksimov çalışdırsa da, Postupalenko heç bir oyunda iştirak etmədən oranı tərk etmək qərarına gəlib. Halbuki Maksimov yanvarın 24-də düşərgəyə qoşulan oyunçunu ilk yoxlama matçında sınamağı planlaşdırırmış.
Qeyd edək ki, Anton Postupalenko mövsümün ilk yarısını “Olimpik”də keçirib.
0
0