Mövsümün gedişində Nizami Hacıyev və Mirhüseyn Seyidovla vidalaşan “Keşlə” qış fasiləsi yaranan kimi, müdafiəçi İlkin Qırtımovla da yollarını ayırıb. Bu barədə apasport.az saytına 27 yaşlı futbolçu özü məlumat verib.
O bildirib ki, müqavilə müddəti mövsümün sonuna qədər olmasına baxmayaraq, rəhbərlikdən ayrılması üçün xahiş edib: “Sağ olsun, klub rəhbərliyi xahişimi nəzərə aldı. “Keşlə” ilə artıq vidalaşmışam, azad agent statusuna malikəm”.
Qırtımovun yanvardan etibarən formasını geyinəcəyi klub da böyük ölçüdə müəyyənləşib. Cinah müdafiəçisi “Neftçi” ilə ilkin razılıq əldə edib. Futbolçu “Neftçi” rəhbərliyi ilə yaxın saatlarda görüşəcəyini və yalnız bundan sonra məsələyə tam aydınlıq gələcəyini söyləyib: “Hələ tam anlaşma yoxdu. Bu məsələ bugünkü görüşün nəticəsindən asılı olacaq”.
Qeyd edək ki, İlkin Qırtımov “Keşlə”yə 2015-ci ilin yayında “Simurq”dan keçib.
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
- Yığmamızın oyunu norveçlilərə həvalə olunub