[b]“Keşlə”nin yeni transferinin debütü niyə yubanır?[/b]
27.02.2018 - 10:34
[b]“Keşlə”nin yeni transferinin debütü niyə yubanır?[/b]

“Keşlə” Premyer Liqanın XVIII turunda “Zirə” ilə keçiriləcək səfər matçının hazırlıqlarını davam etdirir. Klubdan apasport.az saytına verilən məlumatına görə, komanda artıq tam heyətlə məşq edir.

 

Qış fasiləsində “Fastav”dan icarəyə götürülən Pablo Podio da kollektivlə məşqlərə qoşulub. Antalyadakı təlim-məşq toplanışı zamanı zədələnən argentinalı yarımmüdafiəçinin heç bir problemi qalmayıb. Əvəzedicilərin ötən turda “Sumqayıt”la keçirdikləri görüşdə 45 dəqiqə iştirak edən 29 yaşlı futbolçu artıq baş məşqçi Yuri Maksimovun ixtiyarında olsa da, oyun praktikasından əziyyət çəkməsi qarşıdakı matçda iştirakını sual altına salır. Podionun forma yığması üçün yenə əvəzedicilərin heyətində meydana çıxması gözlənilir. Üstəlik, Maksimovun bəyənmədiyi oyunçu yeni komandasında debüt etmək üçün daha bir müddət gözləməli olacaq.

 

Qeyd edək ki, “Zirə” – “Keşlə” görüşü martın 4-də keçiriləcək.