[b]“Krasnodar”ın braziliyalısı Rusiya yığmasından təklif gözləyir[/b]
24.11.2015 - 12:33
[b]“Krasnodar”ın braziliyalısı Rusiya yığmasından təklif gözləyir[/b]

“Özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Məqsədim Rusiya yığmasına çağırılmaqdı. Belə bir təklif gəlsə, qəbul edərəm”. Apasport.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri “Krasnodar”ın braziliyalı hücumçusu Ari deyib.

 

Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqiblərindən olan “Krasnodar”ın futbolçusu milliləşdirilərək, şimal qonşularımızın yığmasında oynamaq arzusundadı.

 

Əslində, Arinin belə bir imkanı yaranıbmış. Ancaq rusların keçmiş baş məşqçisi Fabio Kapellonun istefaya göndərilməsi onun planlarını korlayıb: “Kapello məndən Rusiya vətəndaşlığını qəbul etməyimi istəmişdi, mən də razılaşmışdım. Sadəcə, bəzi sənədləri qaydasına salmaq lazım idi. Lakin Kapello postundan getdiyindən, bu proses yarımçıq qaldı”.

 

Ari Rusiya yığmasının hazırkı çalışdırıcısı Leonid Slutskidən təklif gözlədiyini bildirib.

 

Qeyd edək ki, “Krasnodar” və “Qəbələ” komandaları arasında keçirilmiş ilk görüşə Ari əsas heyətdə çıxmışdı.