[b]“Kuban baharı”: Millimiz məğlubiyyətlə başladı[/b]
20.03.2014 - 21:38
[b]“Kuban baharı”: Millimiz məğlubiyyətlə başladı[/b]

 

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Soçidə təşkil olunan “Kuban baharı” turnirində ilk oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, B qrupunda mübarizə aparan komandamızın ilk rəqibi İsrail futbolçuları olub. İlk yarısı qolsuz yekunlaşan qarşılaşmanın 72-ci dəqiqəsində Avad vurduğu qolla İsrail millisinə qələbə qazandırıb.

 

 

 

Qrupumuzda baş tutan digər oyunda Rusiya yığması Rumıniyanı 2:0 hesabı ilə məğlub edib. Komandamız növbəti görüşünü martın 22-də rusiyalılara qarşı keçirəcək.

 

 

 

Xatırladaq ki, turnirdə 12 komanda mübarizə aparır. 10 qonaq milliyə  Rusiya və Krasnodar vilayətinin yığmaları da qoşulub.