[b]“Latsio”da yeni hücumçu[/b]
03.08.2017 - 01:07
[b]“Latsio”da yeni hücumçu[/b]

İspaniyanın “Espanyol” klubunun hücumçusu Felipe Kaysedonun "Latsio"ya transferi rəsmiləşib. Apasport.az xəbər verir ki, bu barədə İtaliya A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Lakin “Latsio” ekvadorlu hücumçuyla müqavilənin müddəti və digər detalları açıqlamayıb.

 

28 yaşlı hücumçu son mövsümdə şans qazandığı 27 oyunda 2 qol vurub.

 

Qeyd edək ki, Ekvador millisində 60-dan çox oyun keçirmiş futbolçu karyerası ərzində "Bazel", "Mançester Siti", "Sportinq", "Malaqa", "Levante", "Lokomotiv" (Moskva) və "Əl-Cəzirə" klublarında da forma geyinib.