[b]“Lion” və ABŞ-ın 2 təmsilçisi[/b]
05.01.2016 - 11:36
[b]“Lion” və ABŞ-ın 2 təmsilçisi[/b]

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən il dünyanın ən yaxşı qadın futbol klublarının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, İFFHS-ın dünyanın bütün ölkələrindəki nümayəndələri arasındakı səsvermədə “Lion” klubu birinci olub.

 

Fransa təmsilçisi 142 xal toplayaraq, 2012-ci ildə olduğu kimi, yenə bütün rəqiblərini qabaqlayıb. İkinci yerdə 100 xalla “Frankfurt” (Almaniya), 3-cü pillədə isə 46 xalla “Bavariya” (Almaniya) qərarlaşıb.

 

Sonrakı pillələrdə “Volfsburq” (Almaniya, 25 xal), “San Xose” (Braziliya, 20 xal), “Kansas Siti” (ABŞ, 17 xal), PSJ (Fransa, 10 xal) və “Rosenqard” (İsveç, 2 xal) klubları yer alıblar.

 

İFFHS ötən il dünyanın ən yaxşı qadın qapıçılarının siyahısını da açıqlayıb. Səsvermədə ABŞ təmsilçisi Hope Solo bütün rəqiblərini qabaqlayıb. 34 yaşlı çərçivə qoruyucusu 148 xalla zirvəni ələ keçirib. Almaniyalı Nadine Angerer ikinci (66 xal), yaponiyalı Ayumi Kayhori isə 3-cü (36 xal) olub.

 

İFFHS-in sorğusunda 2015-ci ilin ən yaxşı qadın pleymeykerinin də kimliyi bəlli olub. Bu sorğuda da ABŞ təmsilçisi birinci olub. Belə ki, 125 xal toplayan Karli Lloyd ən yaxın izləyicisi, almaniyalı Leba Qoesslinqi 75 xal üstələyib. Braziliyalı Marta isə 38 xalla 3-cü olub.

 

Qeyd edək ki, sorğuda Azərbaycanı apasport.az saytının əməkdaşı, İFFHS-in üzvü olan Vüqar Xeyrullayev təmsil edib. 

0