[b]“Liverpul” Silvanı istəyir[/b]
06.11.2017 - 18:42
[b]“Liverpul” Silvanı istəyir[/b]

“Liverpul” rəhbərliyi komandanı gücləndirmək niyyətindədi. Apasport.az saytı “The Sun” nəşrinə istinadən xəbər verir ki, “mersisaydlılar”ın baş məşqçisi Yurgen Klopp yarımmüdafiə xəttinə yeni oyunçunun alınmasını istəyib.

 

“Qırmızılar” “Mançester Siti”nin ispaniyalı futbolçusu David Silva ilə yaxından maraqlanırlar. Mançester təmsilçisi ilə 2019-cu ilin yayına qədər sözləşməsi olan təcrübəli xavbek hələ ki, yeni müqavilə barəsində razılıq verməyib.

 

“Liverpul” da məhz bu vəziyyətdən istifadə etmək niyyətindədi.

 

Qeyd edək ki, “Valensiya”nın yetirməsi olan David Silva 2010-cu ildən “Mançester Siti”nin formasını geyinir.