[b]“Liverpul” üzrxahlıq edib, istəyindən əl çəkdi[/b]
08.06.2017 - 00:36
[b]“Liverpul” üzrxahlıq edib, istəyindən əl çəkdi[/b]

“Liverpul” rəsmi saytı vasitəsilə üzrxahlıq mesajı yayıb. Apasport.az saytının məlumatına görə, “qırmızılar” “Sauthempton”dan bu klubun müdafiəçisi Vircil van Diykin transferində qaydalar çərçivəsində hərəkət edilmədiyinə görə üzr istəyib.

 

Belə ki, “Liverpul”un rəsmiləri “müqəddəslər”in xəbəri olmadan oyunçu ilə danışıqlar aparıb ki, bu da, transfer qaydalarına ziddi. Klubun saytında yer alan məlumatda futbolçuyla artıq maraqlanmadıqları da qeyd edilib.

 

Qeyd edək ki, hollandiyalı müdafiəçinin xidmətində “Mançester Siti” və “Çelsi” kimi klublar da maraqlıdı. İngiltərə mətbuatında futbolçunun transfer qiymətinin 60 milyon avro olduğu qeyd edilib.