“Mançester Siti”nin futbolçusu Kevin de Bruyne karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytı AS nəşrinə istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi “Real”ın maraq dairəsinə düşüb.
Madrid klubu təcrübəli xavbeki heyətinə qatmaqda israrlıdı. De Bruynenin agenti ilə danışığa başlayan “qalaktikos” bu transferi reallaşdırmağı planlaşdırır. Lakin Belçika yığmasının üzvünün hazırkı komandasından məmnun olduğu bildirilir. Onun qarşıdakı aylarda “Mançester Siti” ilə yeni müqavilə imzalayacağı da istisna edilmir.
Qeyd edək ki, 26 yaşlı futbolçunun “şəhərlilər”lə qüvvədə olan sözləşməsinin müddəti 2021-ci ilin yayına kimi nəzərdə tutulub.