[b]“Mançester Yunayted”də dünya səviyyəli cəmi bir futbolçu var”[/b]
28.02.2018 - 17:27
[b]“Mançester Yunayted”də dünya səviyyəli cəmi bir futbolçu var”[/b]

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Qari Nevill maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı xəbər verir ki, o, “mankunianlar”ın hazırkı heyətini dəyərləndirib.

 

Nevillin fikrincə, hazırda “Mançester Yunayted”in heyətində dünya səviyyəli cəmi bir futbolçu oynayır: “O da David De Xeadı. Kimlərsə Sançesin adını çəkə bilər. Düzdü, Aleksis son 5-6 il ərzində yüksək səviyyəli futbol göstərib. Amma “Mançester Yunayted”ə gələndən hələ ən yaxşı oyununu nümayiş etdirə bilməyib. Antonio Valensiya pis təsir bağışlamır. Amma onun dünya səviyyəli futbolçu olması şübhə doğurur”.

 

“Valensiya”nın sabiq çalışdırıcısı söhbət əsnasında “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyonu da tənqid edib: “Joze hələ də Romelu Lukaku, Markus Reşford, Antoni Marsial və Aleksis Sançesi eyni anda necə oynatmalı olduğunu müəyyənləşdirə bilməyib. Yarımmüdafiənin sağında gah Marsial çıxış edir, gah Sançes. Amma heç biri orda ideal oyun sərgiləməyib”.