[b]“Mançester Yunayted”də iki yeni müqavilə[/b]
01.03.2018 - 13:20
“Mançester Yunayted” rəhbərliyi komandanın iki futbolçusu ilə yeni müqavilə imzalayıb. Apasport.az saytı “Sky Sports”a istinadən xəbər verir ki, söhbət Deyli Blind və Eşli Yanqdan gedir.
Hər iki futbolçunun sözləşməsinin müddəti 1 illik uzadılıb. Bu isə o deməkdi ki, həm Blind, həm də Yanq 2019-cu ilin yayına kimi “mankunianlar”ın formasını geyinəcək.
Qeyd edək ki, Blind 2014-cü, Yanq isə 2011-ci ildən “Mançester Yunayted”də oynayır.
0
0