[b]“Matçın heç-heçə bitəcəyinə inanırdım” – San Marino millisinin oyunçusu[/b]
05.09.2017 - 01:21
[b]“Matçın heç-heçə bitəcəyinə inanırdım” – San Marino millisinin oyunçusu[/b]

DÇ-2018-in seçmə qrup mərhələsində milli komandamızın qonağı olan və darmadağın olan San Marino millisinin üzvü Andrea Qrandoni oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Matç gözlədiyiniz kimi keçdi?

- Biz yaxşısını etməyə çalışdıq. Ancaq böyükhesablı məğlubiyyətdən qaça bilmədik. Çətin oyun oldu.

 

- Bakıya gələrkən hansı nəticəni qazanacağınıza ümid edirdiniz?

- Qarşılaşmadan əvvəl heç-heçə edəcəyimizi düşünürdüm. Hətta matçın 0:0 hesabı ilə bitəcəyinə inanırdım. Ancaq rəqibimiz çox güclü komandadı. Xüsusilə də taktiki və topla oyunu üst səviyyədədi. Bu üstünlüklər də oyunun nəticəsini müəyyənləşdirdi.

 

- Qrupda ilk qolu Norveçə vurdunuz, Şimali İrlandiyaya qarşı 70 dəqiqə qol buraxmadan mübarizə apardınız. Adını çəkdiyimiz yığmalar və milli komandamızı müqayisə etsək, hansı güclüdü?

- Bu komandaların hamısına uduzmuşuq. Ancaq Norveç millisinin digərlərindən daha güclü olduğunu qeyd edə bilərəm.

 

- Bəs özünüz nə işlə məşğul olursunuz?

- İşləmirəm, çünki tələbəyəm. Futbolla isə peşəkar səviyyədə məşğul olmuram. Futbol oynamaq hobbimdi.

 

- Maraqlıdı, qol vurduğunuz zaman elə sevindiriniz ki, sanki hesabda gedi olduğunuzu unutmuşdunuz?

- Çünki seçmə mərhələdə növbəti qolumuzu vurduq.

 

- Bəs baş məşqçiniz nə dedi?

- Heç nə demədi. Əsəbi deyildi, sadəcə olaraq, oyundan sonra nəsə deməyə ehtiyac duymadı.

0