[b]“Milan” Çalhanoğlunu göndərir[/b]
09.12.2017 - 15:41
[b]“Milan” Çalhanoğlunu göndərir[/b]

“Milan” qış fasiləsində bir neçə futbolçusu ilə yollarını ayırmağı planlaşdırır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “rossonyerlər” maliyyə feyr-pley qaydalarını pozmamaq üçün buna əl atmaq məcburiyyətindədi.

 

Əks təqdirdə, UEFA İtaliya klubunu cəzalandıracaq. Bunu nəzərə alan milanlılar iki futbolçunu icarəyə vermək barədə düşünürlər. Komandadan göndərilməsi planlaşdırılan futbolçular Hakan Çalhanoğlu və Andre Silvadı.

 

Mövsümün əvvəlində 38 milyon avroya “Porto”dan alınan Silva Avropa Liqasında 8 qola imza atsa da, A seriyasında ümidləri doğrultmur. Həmçinin “Bayer”dən 22 milyon avroya transfer edilən Hakan da əsas heyətdə düşməkdə çətinlik çəkir.

 

Hər iki oyunçunun yanvarda icarəyə verilməsi gözlənilir.