[b]“Mundialdakı şanslarımız püşkdən asılıdı” – Tino Perez[/b]
12.04.2016 - 23:42
[b]“Mundialdakı şanslarımız püşkdən asılıdı” – Tino Perez[/b]

“Mən əvvəlcə hər kəsi təbrik edirəm. Gərgin qarşılaşma oldu, lakin yekunda mundiala vəsiqəni biz qazandıq". Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Tino Perez deyib.

 

Dünya çempionatına vəsiqə uğrunda pley-of cavab qarşılaşmasında öz meydanında Hollandiya ilə 4:4 hesablı bərabərliyə razılaşan futzal üzrə milli komandamız ilk oyunda əldə olunmuş 5:1 hesablı qələbə sayəsində mundiala getməyə haqq qazanıb.

 

Matçdan sonra ispaniyalı çalışdırıcı fikirlərini bölüşüb: "Hollandiya yığması bizdən daha çox maaş alır. Ancaq mən ilyarımdır ki, burada işləyirəm və biz ancaq uğurlu nəticə üçün çalışırıq. Dünya çempionatındakı şansımız haqqında nəsə demək çətindi, bu, püşkdən asılıdı. Qrupdan çıxmaq bizim üçün uğur hesab oluna bilər. Bu gün yaxşı oynaya bilmədik. Ancaq yekunda sevinə bildik”.

0