[b]“Napoli” “İnter”ə qalib gəlib, yarımfinala yüksəldi[/b]
05.02.2015 - 02:04
[b]“Napoli” “İnter”ə qalib gəlib, yarımfinala yüksəldi[/b]

İtaliya kubokunun 1/4 final mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, artıq bütün yarımfinalçılar bəlli olub.

 

Belə ki, 1/4 finalda “Napoli” “İnter”i qəbul edib. Neapol təmsilçisi "San-Paolo" stadionunda Qonsalo İquainin 90+3-cü dəqiqədə vurduğu qolu sayəsində minimal hesablı qələbə qazanıb.

 

Beləliklə, yarımfinala yüksələn “Napoli” “Latsio”ya rəqib olub. Digər yarımfinalçı isə “Yuventus”la “Fiorentina”dı.

 

 

İtaliya kuboku

1/4 final

04 fevral

“Napoli” – “İnter” - 1:0

Qol: İquain, 90+3