[b]“Napoli” istəyir, “Qarabağ”ın rəqibi buraxmaq istəmir[/b]
09.11.2017 - 01:06
[b]“Napoli” istəyir, “Qarabağ”ın rəqibi buraxmaq istəmir[/b]

“Napoli” “Atletiko”nun müdafiəçisi Şime Vrsalikonu heyətinə qatmaq istəyir. Apasport.az saytının məlumatına görə, “SKY Sport” xəbər yayıb.

 

Artıq bununla bağlı madridlilərə müraciət olunub. Neapol komandasının prezidenti Aurelio De Laurentisin şəxsən işə qarışması keçidi sürətləndirə bilər.

 

Ancaq “Atletiko”nun baş məşqçisi Dieqo Simeone müdafiənin hər iki cinahında oynamağı bacaran oyunçusunu satmaq istəmir. Hadisələrin hansı yöndə inkişaf edəcəyi qış transfer müddətində bəlli olacaq.

 

Qeyd edək ki, “Napoli” əsas müdafiəçisi Fauz Qulamı itirdikdən sonra cinah oyunçusu axtarışına çıxıb. Əlcəzairli oyunçu dizindən zədələnib və uzun müddətə sıradan çıxıb.