[b]“Neftçi” - 727 gündən sonra[/b]
29.11.2017 - 11:42
[b]“Neftçi”  - 727 gündən sonra[/b]

“Zaqatala” ilə Azərbaycan kubokunun 1/8 finalında üz-üzə gələn “Neftçi” təxminən iki illik həsrətə son qoyub. Apasport.az saytının məlumatına görə, 5:0 hesablı qələbə qazanan paytaxt təmsilçisi uzun müddət idi belə fərqlə qalib gəlmirdi.

 

Bakılıların 5 və ya daha çox top fərqilə qalib gəlməsinə sonuncu dəfə 2015/16 mövsümündə təsadüf olunub. “Ağ-qaralar” həmin vaxt da kubokun 1/8 finalında coşub.

 

“Neftçi” 727 gün öncə “Qaradağ Lökbatan”ın qapısına 8 cavabsız qol vurmağı bacarıb. 2015-ci il dekabrın 2-də qazanılan qələbə  vaxtı hələ komandanı Əsgər Abdullayev çalışdırırdı.