[b]“Neftçi”  - ən çox qayda pozan komanda[/b]
18.03.2014 - 15:05
[b]“Neftçi”  - ən çox qayda pozan komanda[/b]

Topaz Premyer Liqasında XXVI turun ən yaxşıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “InStat Football” şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistikalara əsasən, “Qarabağ”ın futbolçusu Vüqar Nadirov turun yaxşı oyunçusu olub.

 

Rəmzi yığmada da Ağdam təmsilçisinin üzvləri çoxluq təşkil edib. Turun “11-liy”ində “Qarabağ”ın 9 futbolçusu yer alıb.

 

Qapıçı – İbrahim Sehiç (Qarabağ)

Müdafiəçilər – Ansi Aqolli (Qarabağ), Admir Teli (Qarabağ), Karlos Kardoso (Neftçi), Maksim Medvedev (Qarabağ)

Yarımmüdafiəçilər – Muarem Muarem (Qarabağ), Riçard Almeyda (Qarabağ), Marinaldo da Silva (Qarabağ), Leroy Corc (Qarabağ)

Hücumçular – Vüqar Nadirov (Qarabağ), Draqan Çeran (Simurq)

 

Topa sahib olmada, qapıya zərbələrdə, dəqiq ötürmələrdə “Simurq” digər komandalardan üstün olub. “Bakı” klubu mübarizələrdə və top itkilərində fərqlənib. Ən çox qayda pozuntusuna isə “Neftçi” futbolçuları yol verib.

 

“Xəzər Lənkəran”lı Dejan Blajevski qapıya ən çox zərbə endirən, “Simurq”lu Anderson Olivyera isə dəqiq ötürmə verən futbolçudur. Onun komanda yoldaşı Benjamin Lambot isə hava mübarizələrində hamıdan üstün olub. “Sumqayıt”lı Uğur Pamuk hamıdan çox – 25 dəfə top itkisinə yol verib.

 

0