[b]“Neftçi” – “Simurq”: Əliyar Ağayev varsa, meydan sahibləri uduzmaz...[/b]
06.02.2015 - 12:07
[b]“Neftçi” – “Simurq”: Əliyar Ağayev varsa, meydan sahibləri uduzmaz...[/b]

Topaz Premyer Liqasının XX turu çərçivəsində keçiriləcək “Neftçi” – “Simurq” qarşılaşmasının baş hakimi təyin edilən Əliyar Ağayev meydan sahiblərinə uğur gətirir. Apasport.az saytının məlumatına görə, FİFA referisinin cari mövsümdə təyinat aldığı çempionat oyunlarında qonaqlar qalib gələ bilməyiblər.

 

Belə ki, 11 qarşılaşmadan 8-də meydan sahibləri qələbə qazanıbsa, 3 görüşdə heç-heçə qeydə alınıb. Qonaqların 11 görüşdə cəmi 2 qol vurması və yalnız 2 dəfə qapısını toxunulmaz saxlaması da “Neftçi”nin üstün durumda olduğunu göstərir.

 

Ağayev bu qarşılaşmalarda hər tərəfin lehinə 2 penalti versə də, qonalar şansların heç birindən yararlana bilməyib. Onun göstərdiyi qırmızı vərəqələrdən 1-i öz meydanında, 3-ü səfərdə oynayanların hesabındadı.

 

“Neftçi” bu hakimin fit çaldığı ev oyunlarında – “Xəzər Lənkəran”ı 1, AZAL-ı 4 cavabsız qolla keçibsə, səfərdə “Qarabağ”a 0:1, “İnter”ə 1:2 hesabı ilə uduzub. Öz meydanında AZAL-ı 2 qolla keçən “Simurq” da “Qarabağ”ın qonağı olanda yenilib – 0:1. Ağayev “Neftçi”ni 1 penalti və 1 qırmızı vərəqə ilə cəzalandırıb, rəqiblərini 2 dəfə 10 nəfərlə oynamağa məcbur edib.

 

Qeyd edək ki, “Neftçi” – “Simurq” matçı saat 16:00-da başlayacaq.