[b]“Neftçi” “İnter”i meydana çıxmağına peşman etdi[/b]
16.08.2015 - 19:53
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında II tura yekun vuruldu. Apasport.az saytının məlumatına görə, turun son oyununda “Neftçi” “İnter”lə qarşılaşıb.
“İnter Arena”da baş tutan matçda ev sahibləri darmadağın olublar - 0:4.
“İnter” - “Neftçi” - 0:4
Qollar: Kamran Nəcəfzadə, 41, 45, Nurxan Mənsimzadə, 53, Aqşin Qurbanlı, 73
0
0