[b]“Neftçi” “İzmir Cup”da çıxışını bitirdi[/b]
10.04.2018 - 12:04
[b]“Neftçi” “İzmir Cup”da çıxışını bitirdi[/b]

“Neftçi”nin U-12 komandasının iştirak etdiyi Türkiyənin İzmir şəhərində keçirilən “İzmir Cup” beynəlxalq turnirinə yekun vurulub. Apasport.az Bakı təmsilçisinin saytına istinadən məlumat verir ki, “ağ-qaralar” B qrupunda İtaliyanın “Sampdoriya” (0:1), İsveçin “Brommapoykarna” (0:2), İspaniyanın “Atletik” (1:3), Türkiyənin “Bucaspor” (0:2), “Fənərbaxça” (1:2) və “Altınordu Lacivert” (0:1) klubları ilə qarşılaşıb.

 

Növbəti qrup mərhələsində Küveytin “Əl-Ərəbi” (1:1, 0:1) və Azərbaycanın digər təmsilçisi “Qəbələ” (1:1, 2:2) klubları ilə üz-üzə gələn “Neftçi” ardınca “İzmirspor”u (Türkiyə) məğlub edib – 1:0. Komandamız turnirin son günündə Kosovonun “El Klassiko” (1:0) və Türkiyənin “Karşıyaka” (0:0, 4:3 – pen.) klublarını məğlub edib.

 

“Neftçi”nin heyətində Erik Liam 3, Emil Qasımzadə 2 qola imza atıb. Səbuhi İmaməliyev, Lorenzo Mezzotero və Murad Məmmədov isə hərəyə bir dəfə fərqləniblər.

 

Qeyd edək ki, 56 komandanın iştirak etdiyi turnirin qalibi Hollandiyanın “Alkmaar” klubu olub.