Topaz Premyer Liqasının XXXII turu “Neftçi” üçün uğursuz alınıb. Apasport.az saytının məlumatına görə, son 3 mövsümün qalibi olan paytaxt təmsilçisi finişə 4 tur qalmış titulunu təhvil verib.
Buna 3-cü pillədə qərarlaşan “ağ-qaralar”ın “Qarabağ”la heç-heçəsi (1:1) səbəb olub. Liderdən 13 xallıq fərqi öz aralarındakı oyunda azalda bilməyən Böyükağa Hacıyevin yetirmələrinin qızılı itirməsi də bununla rəsmiləşib. Artıq paytaxt təmsilçisi maksimum gümüşə ümid edə bilər.
Bu isə həm də o deməkdir ki, “Qarabağ” ən pis halda 2-ci olacaq.
Qəbələdə eyniadlı komandaya uduzan “Simurq” artıq möcüzə sayəsində də bürünc qazana bilməyəcək. Çünki 3-cü olan “Neftçi” ilə onlar arasında xal fərqi 12-yə çatıb və şəxsi oyunlarda da bakılılar üstündür.
Zaqatala təmsilçisinin xal itkisi “Neftçi” ilə yanaşı, “İnter”in də ən pis halda – bütün oyunlarda uduzsa belə ilk “beşlik”də olacağını rəsmiləşdirib.