[b]“Neftçi” cəzalandırıldı[/b]
23.09.2014 - 11:59
[b]“Neftçi” cəzalandırıldı[/b]

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının VI turunun oyunlarında beş verənlər müzakirə olunub və müvafiq qərarlar çıxarılıb. Nəticədə 3 kluba pul cəzası verilib.

 

Qurum “Bakı”nın məşqçisi Muarem Zekiru 1 oyun cəzalandırıb və kluba 1000 manat cərimə kəsib. Buna səbəb çalışdırıcının “İnter”lə səfər oyununun 30-cu dəqiqəsində texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırılmadırır.

 

“Sumqayıt” – AZAL matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat ödəməli olacaq. “Qəbələ” – “Neftçi” görüşündə 4 sarı vərəqə alan qonaqların da cəzası eyni olub.