[b]“Neftçi” intizamsızlıqda birincidi[/b]
01.04.2016 - 16:00
[b]“Neftçi” intizamsızlıqda birincidi[/b]

Topaz Premyer Liqasının başa çatan 3 dövrəsinin ən intizamsız klubu “Neftçi”di. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” keçirdiyi 27 oyunda 8-i qırmızı olmaqla, 95 vərəqə alıb.

 

Hər iki göstəricidə bütün klubları arxada qoyan paytaxt təmsilçisinin ən yaxın izləyicisi “Sumqayıt”dı. İntizamsızlıqda 3-cü “Rəvan”dı.

 

Çempionatın ən az vərəqə alan komandası “Qarabağ”dı. Cari mövsümdə 1 futbolçusu meydandan qovulan Ağdam təmsilçisi 41 vərəqə alıb. Eyni sayda “qırmızı” alan “Qəbələ”də ümumi vərəqə sayı 51-di.

 

Ümumilikdə isə baş tutan 135 qarşılaşmada 40 qırmızı vərəqə qeydə alınıb. Hakimlər cəmi 688 dəfə əlini cibinə atıb.

 

 

Klub

Vərəqə

Qırmızı

1

Neftçi

95

8

2

Sumqayıt

87

6

3

Rəvan

78

5

4

Zirə

78

4

5

İnter

71

4

6

AZAL

66

4

7

Kəpəz

64

2

8

Xəzər Lənkəran

57

5

9

Qəbələ

51

1

10

Qarabağ

41

1

 

0