Bakının “Neftçi” klubu ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Azərbaycan kubokunun növbəti oyununda Ruslan Abışovun xidmətindən yararlana bilməyəcək.
Buna “ağ-qaralar”ın kapitanının cəzalı duruma düşməsi səbəb olub. Mərkəz müdafiəçisi “Zirə” ilə 1/4 final mərhələsinin cavab oyununda sarı vərəqə ilə cəzalanıb.
Qəsəbə klubu ilə ilk matçda da xəbərdarlıq alan futbolçu kubokdakı vərəqə sayını 2-yə çatdırıb. Bu da onun yarımfinalın ilk matçında oynamasına əngəl olub.
İki oyunun yekununda (0:1, 2:0) “Zirə”ni mübarizədən kənarlaşdıran “Neftçi” növbəti mərhələdə “Qəbələ” – “Səbail” cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, kubokun 1/4 final mərhələsinin ilk oyun günündə daha 3 futbolçu cəzalı duruma düşüb. Şəhriyar Rəhimov (“Kəpəz”) və Vüqar Mustafayev ikinci sarı, Yovan Krneta (hər ikisi “Zirə”) qırmızı vərəqə üzündən bu duruma düşsə də, komandaları mübarizəni dayandırıb. Lakin bu oyunçular başqa kluba keçsə, yarımfinalın ilk matçını buraxmalı olacaq.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI