“Neftçi”nin icraçı direktoru Elnur Məmmədov Asiya Futbol Konfederasiyasının dəvəti ilə Tacikistana işgüzar səfərə yollanacaq. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “Kick off” proqramı çərçivəsində təşkil olunacaq seminarda Məmmədov futbol infrastrukturunun və klubların idarə olunması mövzularında mühazirələr aparacaq.
Konfederasiyanın baş katibinin vəzifələrini icra edən Dato Vindzor Conun imzası ilə kluba daxil olan məktubda AFK-nın “Kick off” proqramının fəaliyyəti barədə rəsmi məlumat öz əksini tapıb. Məktubda bu sahədə zəngin təcrübəyə malik olan mütəxəssislərin “Kick off” proqramına məsləhətçi qismində cəlb olunmasının vacibliyi xüsusi vurğulanıb.
Seminara Tacikistan Futbol Federasiyası və yerli dövlət qurumlarının nümayəndələri, həmçinin klub rəsmiləri qatılacaqlar. AFK tərəfindən təşkil olunacaq “Kick off” proqramı üzrə seminarda mühazirələr noyabrın 9-da başlayacaq və 4 gün davam edəcək.
Qeyd edək ki, Asiya Futbol Konfederasiyası 1954-cü ildə təsis edilib. Qitəmiqyaslı qurum hazırda 47 federasiyanı özündə cəmləşdirir. Asiya Futbol Konfederasiyası Asiya Kuboku və Asiya Çempionlar Liqası kimi irimiqyaslı yarışların təşkilatçısıdı.
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
- Yığmamızın oyunu norveçlilərə həvalə olunub