Sosial layihələrə xüsusi önəm verən “Neftçi” bu sahədə fəallığını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi daha bir layihəyə qoşulur.
“Ağ-qaralar” uşaqlara sevinc bəxş etmək və cəmiyyətdə qayğı hissini artırmaq məqsədi daşıyan sosial layihə - “ASAN məktub”la balacaların arzusunu həyata keçirmək niyyətindədi.
Belə ki, komandanın futbolçuları yeni il ərəfəsində “ASAN məktub” portalına (asanmektub.az) müraciət edən 10 uşağı seçərək onlarla görüşəcək: “8-ci km qəsəbə stadionunda baş tutacaq görüşdə uşaqlar komandamızın ev oyunlarını keçirdiyi stadionla tanış olub “Neftçi”nin muzeyini ziyarət edəcək. Sonda əsas komandamızın futbolçuları seçdikləri uşaqlara yeni il hədiyyələri təqdim edəcəklər”.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI