[b]“Neftçi”də ciddi itki[/b]
08.08.2014 - 10:15
[b]“Neftçi”də ciddi itki[/b]

Bakının “Neftçi” klubu Avropa Liqasının pley-off mərhələsi ərəfəsində ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ın braziliyalı müdafiəçisi Karlos Kardoso III təsnifat mərhələsində Gürcüstan “Çixura”sı ilə cavab matçında sarı vərəqə aldığı üçün növbəti qarşılaşmada meydana çıxmaqdan mərhum olub.

 

Belə ki, Tiflisdə 3:2 hesabı ilə qalib gəldiyimiz görüşdə hakim tərəfindən cəzalandırılan “Neftçi”nin futbolçusu sarı vərəqə limitini doldurub. Kardosa bunadək II təsnifat mərhələsində Sloveniya “Koper”i ilə oyunlar da xəbərdarlıq aldığından bunun sayı 3-ə çatıb. Bu isə o deməkdir ki, müdafiəçi pley-off mərhələsinin ilk görüşündə “Neftçi”yə kömək edə bilməyəcək.

 

Qeyd edək ki, Bakı təmsilçisinin pley-off mərhələsindəki rəqibi bu gün dəqiqləşəcək.