[b]“Neftçi”nin “Panionios”la oyunu baş tutmayacaq[/b]
21.07.2015 - 07:39
Türkiyənin Afyon şəhərində təlim-məşq toplanışını davam etdirən “Neftçi”nin hazırlıq planında dəyişikliklər olub. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” yoxlama oyununda əvvəlcədən nəzərdə tutulduğu kimi Yunanıstanın “Panionios” klubu ilə deyil, Türkiyə “Alanyaspor”u ilə qarşılaşacaq.
Bundan əlavə, sınaq matçlarının günləri də dəyişdirilib: Belə ki, Bakı klubu iyulun 23-də “Alanyaspor” (Türkiyə), 28-də “Əl-Faysali” (Səudiyyə Ərəbistanı), 31-də “Antalyaspor”la (Türkiyə) qarşılaşacaq.
Mənbə: neftchipfk.com
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
0
0