[b]“Neftçi”nin argentinalısı nə vaxt qayıdır?[/b]
02.03.2018 - 15:09
[b]“Neftçi”nin argentinalısı nə vaxt qayıdır?[/b]

Ölkəsi Argentinada olan “Neftçi”nin yeni transferi Lukas Qomezin Azərbaycana qayıdacağı tarix bəlli olub. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, 31 yaşlı forvard sabah Bakıya dönəcək.

 

Qomez Premyer Liqanın XVII turunda “Zirə” ilə keçirilən qarşılaşmadan sonra Argentinaya getmişdi. Səbəb isə atasının vəziyyətinin pisləşməsi idi. Rəhbərlikdən icazə alaraq Argentinaya yollanan oyunçunun geri dönüş üçün bileti də alınıb.

 

Futbolçu çox güman ki, XVIII tur çərçivəsində “Qəbələ” ilə keçiriləcək səfər matçını buraxacaq. Uzun səfər və bir həftədi kollektiv məşqlərdən uzaq qalması onun oynamaq ehtimalını azaldır.