[b]“Neftçi”nin Avropa Liqasındakı oyununun vaxtı müəyyənləşdi[/b]
01.07.2014 - 12:19
“Neftçi”nin Avropa Liqasında keçirəcəyi ilk oyununun başlanma saatı təsdiqlənib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin iyulun 17-də “Bakcell Arena”da keçirəcəyi görüş saat 20:00-da başlayacaq.
Həmin gün “ağ-qaralar” II təsnifat mərhələsinin ilk oyununda “Koper” (Sloveniya) – “Çelik" (Monteneqro) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, cavab matçı iyulun 24-də səfərdə baş tutacaq.
0
0