[b]“Neftçi”nin futbolçuları milliyə çağırılmayanda...[/b]
29.03.2015 - 14:37
[b]“Neftçi”nin futbolçuları milliyə çağırılmayanda...[/b]

Azərbaycan millisi AVRO-2016-nın seçmə mərhələsinin Malta ilə oyununu “Neftçi”nin futbolçuları olmadan keçirdi. Apasport.az saytının məlumatına görə, yığmamızın 23 illik tarixində 15-ci dəfə belə hal yaşanıb.

 

Buna xorvatiyalı baş məşqçi Robert Prosineçkinin debüt qarşılaşmasının hazırlıqlarına paytaxt təmsilçisinin heç bir üzvünü dəvət etməməyi səbəb olub. Nəticədə yığmamız ümumilikdə 15-ci, seçmə mərhələlərdə 7-ci dəfə Bakı klubunun üzvlərinə ehtiyac duymayıb.

 

Komandamız yarandığı 1992-ci ildən 1998-ci ilədək fasiləsiz 6 il “Neftçi”nin üzvləri olmadan heç bir matça çıxmayıb. 212 qarşılaşmaya çıxan millimizin Maltayadək

“ağ-qaralar”sız son oyunu 2014-cü il avqustun 20-də Özbəkistana qarşı yoxlama matçı idi.

 

Qeyd edək ki, “Neftçi” üzvlərinin olmadığı görüşdə millimiz Maltanı 2:0 hesabı ilə üstələyib. Bu da komandamızın “ağ-qaralar”sız 4-cü qələbəsidi. 5 heç-heçə və 6 məğlubiyyəti olan yığmamız 12 top vurub, 21-ni buraxıb.