Azərbaycanın iki klubu iyulun 20-də avrokuboklarda növbəti matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın Çempionlar Liqası, “Kəpəz”in Avropa Liqasındakı matçınadək yalnız bir təmsilçimiz öz oyununu bu tarixdə keçirib.
2005-ci il iyulun 20-də Çempionlar Liqasında mübarizə aparan “Neftçi” İslandiyada “Hafnarfyordur”la görüşüb. Bakılılar səfər qarşılaşmasında 2:1 hesabı ilə qalib gəlib. Paytaxt təmsilçisinin qollarını Tomislav Mişura və Nadir Nəbiyev vurublar.
Bundan 11 il sonra “Qarabağ” Lüksemburqda yerli “Düdelanj”ın qonağı olacaq. Eyni saatda meydana çıxacaq “Kəpəz” isə Bakıda Avstriya “Admira”sını sınağa çəkəcək.