[b]“Neftçi”nin legioneri cəzalı durumda[/b]
18.12.2015 - 09:15
Topaz Premyer Liqasının XVII turunun son günü iki futbolçunun cəzalanması ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, “Neftçi” – AZAL qarşılaşmasında sarı vərəqə alan iki oyunçu cəzalı duruma düşüb.
Bunlar Anyete və Kamal Mirzəyevdi. “Neftçi”nin ispaniyalı legioneri mövsümdə 4-cü dəfə sarı vərəqə alıb. Bu üzdən də “ağ-qaralar” “Kəpəz”lə son turun görüşündə pireneylinin xidmətindən məhrum olub.
Kamal da xəbərdarlıq sayını 4-ə çatdırıb. Gənc futbolçu “Zirə” ilə son turun görüşünü buraxmalı olacaq. Bu da o deməkdi ki, hər iki oyunçu 2015-ci ili başa vurub.
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
0
0