“Barselona”nın müdafiəçisi Xordi Alba maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı xəbər verir ki, o, sabiq komanda yoldaşı Neymarın PSJ-yə keçidi haqda danışıb.
Alba bildirib ki, braziliyalının gedişindən sonra ona “Barselona”da oynamaq daha rahatdı: “Neymar əla futbolçudu. Amma getməyi özü istədi. Lakin onun ayrılmasından sonra da “Barselona”da kifayət qədər yaxşı oyunçu var. Bu cür komanda yoldaşlarım olduğu üçün heyrətlənirəm. Neymarın gedişindən sonra mənə “Barselona”da oynamaq daha rahatdı. İndi mənim üçün meydanda daha çox boş zona yaranır”.
Qeyd edək ki, Xordi Alba 2012-ci ildən “Barselona”nın uğurları üçün çalışır.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”