Fransa yığmasının sabiq hücumçusu Jan-Pyer Papen PSJ-nin futbolçusu Neymar haqda danışıb. Apasport.az saytı AS nəşrinə istinadən xəbər verir ki, o, braziliyalı forvardın “Qızıl top” mükafatını qazanmaq şansını dəyərləndirib.
Papenin fikrincə, bu, “Barselona”nın lideri Lionel Messi və “Real”ın aparıcı üzvü Kriştianu Ronaldonun oyunundan asılı olacaq: “Neymarda “Qızıl top”u qazanmaq üçün lazım olan keyfiyyətlər var. Bu, danılmazdı. Amma təkcə öz oyunundan asılı deyil. Messi və Ronaldonun çıxışı həlledici rol oynayacaq. Çempionlar Liqasının kubokunu qazanacaq futbolçunun şansı artacaq. Neymar yaxın gələcəkdə bu futbolçuların davamçısı olacaq. Şəxsən mən onu “Qızıl top”un qalibi kimi görmək istərdim”.
Qeyd edək ki, Neymar Fransa çempionatının cari mövsümündə 18 qola imza atıb.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA