[b]“Sən yanmasan, mən yanmasam...” – Tahir Gözəl[/b]
01.10.2015 - 23:48
[b]“Sən yanmasan, mən yanmasam...” – Tahir Gözəl[/b]

“Çox möhtəşəm oyun oldu. “Qarabağ” tarix yazmaqda davam edir. Artıq qrupda ikinci pillədəyik və növbəti mərhələyə çıxmaq üçün əla şanslarımız var”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.

 

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində öz meydanında “Anderlext”lə qarşılaşan ağdamlıların prezidenti minimal hesablı qələbədən sonra qarşılaşma haqqında fikirlərini bölüşüb:

 

“Yeni transferlərdən çox razıyıq. Əvvəllər komandadan getmiş futbolçular haqqında təəssüflə danışsaq da, indi görürük ki, təzə gələnlər də bizə çox xeyir verirlər. Azarkeşləri sevindirmək üçün əlimizdən gələni edirik. Onlardan da xahiş edirik ki, gəlsinlər, bizi dəstəkləsinlər. Sən yanmasan, mən yanmasam necə çıxacağıq aydınlığa? Sizli, bizli kluba can yandırmalıyıq”.

 

0