[b]“Olan olub, keçən keçib” – Arif Daşdəmirov[/b]
02.10.2015 - 02:06
[b]“Olan olub, keçən keçib” – Arif Daşdəmirov[/b]

“Matçın əvvəllərində bir qədər həyəcan var idi. Rəqibə ardıcıl təhlükəli epizodlar yaratmağa imkan verdik. Fasilədən sonra hesabı bərabərləşdirdik və öz oyunumuzu nümayiş etdirdik”. Apasport. az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin üzvü Arif Daşdaəmirov deyib.

 

UEFA Çempionlar Liqası çərçivəsində baş tutan “Krasnodar” – “Qəbələ” oyunundan (2:1) sonra istedadlı müdafiəçi fikirlərini jurnalistlərlə bölüşüb.

 

“İnamlı mübarizə apardıq. Ancaq son dəqiqələrdə qol buraxdıq. Xaldan son anda məhrum olmaq çox üzücüdü. Açığı, “Krasnodar” bizi təəccübləndirmədi. Dodonun sayılmayan qolu haqda birmənalı fikir səsləndirilmədi. Biri dedi ki, həmin epizodda foul olub, digəri “ofsayd” olduğunu söylədi. Bununla bağlı çox danışmağa ehtiyac yoxdu. Artıq olan olub, keçən keçib”.

0