[b]“Oyun alınmayanda alınmır” – Zaur Svanadze[/b]
18.10.2015 - 21:40
[b]“Oyun alınmayanda alınmır” – Zaur Svanadze[/b]

“Bizim heyətlə bağlı problemlərimiz var. Zədəli, cəzalı oyunçularımız az deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

Topaz Premyer Liqasının VIII turu çərçivəsində səfərdə “Sumqayıt”la oyundan 1 xalla ayrlan gürcü mütəxəssis matç haqqında bunları deyib:

 

“Sumqayıt”dan xal almağımız bizim üçün uğurlu sayıla bilər. Problemlərin fonunda xal götürmək sevindiricidir. Meydançada olan Elnur Abdullayev və Denis Silvanın da zədə ilə bağlı problemləri olsa da, meydançada idilər. Qapıçı Elşən Poladov bir neçə epizodda bizi xilas elədi. Oyun alınmayanda alınmır. Əgər qələbə yoxdursa, heç-heçə də normaldır”.

0