“Oyunun bizim üçün çətin keçəcəyini bilirdik. Çünki Bosniya və Herseqovinaya qarşı bir hissə azlıqda oynamışdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Türkiyə yığmasının baş məşqçisi Vedat İnceefe deyib.
Yığmasının və “Qalatasaray”ın sabiq futbolçusu AVRO-2016-nın seçmə mərhələsinin Azərbaycan millisi ilə oyununu dəyərləndirib. O, azlıqda oynayıb, qalib gələn yetirmələrindən razı qalıb: “Bu gün həmin matçın yorğunluğu hiss olunurdu. Oyunun gedişində yenə azlıqda qaldıq və yenə 10 nəfərlə mübarizə aparmalı olduq. Futbolçularıma əsasən müdafiədə diqqətli oynamağı tapşırdım. Buna görə də rəqib müdafiə xəttimizi yara və qol epizodu yarada bilmədi. Şadam ki, mərhələ adlama şansımızı saxladıq. Son qarşılaşma bizim üçün finala bərabər matç olacaq. Təbii ki, qələbə qazanmaq və elit-raunda yüksəlmək istəyirik. Əslində, könlümüzdən bu yolda Azərbaycanla birgə addımlamaq keçir. Ancaq qardaş ölkə, demək olar ki, şanslarını itirdiyindən, biz bunu bacarmalıyıq”.
Mənbə: affa.az
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI